Главная > Kriminal > Qadın qətlə görə həbs olunan ərinə telefon ötürmək istədi

Qadın qətlə görə həbs olunan ərinə telefon ötürmək istədi


15-02-2022, 16:13. Разместил: admin
1 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilən məhkum Zülfü Vaqif oğlu Kazımovla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı, İmişli rayon sakini İlkanə Yasin qızı Səmədovanın üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlətdiyi daxilində danışıq kartı olmayan 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад