azadses.az » Kriminal » Müharibədən sağ qayıtdı, inandığı dostu başına oyun açdı - Bakıda adam oğurluğunun TƏFƏRRÜATI

Müharibədən sağ qayıtdı, inandığı dostu başına oyun açdı - Bakıda adam oğurluğunun TƏFƏRRÜATI

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, 5 nəfərin oğurladığı və qarşılığında atasından 30 min manat alınan Mikayıl Mikayılovun Vətən müharibəsi iştirakçısı olması üzə çıxıb.

Belə ki, M.Mikayılov bibisi oğlu ilə birgə müharibəyə qatılıb. Döyüşlərin gedişində bibisi oğlu şəhid olub, Mikayıl isə sonadək müharibədə iştirak edib. O, bibisi oğlunun məclisində iştirak etmək üçün cəbhədən yaşadığı Göyçay rayonunun Ləkiçılpaq kəndinə gələrkən özü ilə iki ədəd F-1 qumbarası və alışdırıcılar gətirib, onları yaşadığı evin həyətində basdırıb.

Daha sonra hərbi xidmətini tam başa çatdırıb doğma kəndinə qayıdan Mikayıl dostu İsmayıla onda 2 ədəd qumbara olduğunu və satmaq istədiyini deyib. İsmayıl isə Mikayılı qorxutmaq və onu girov götürərək ailəsindən pul almaq məqsədilə plan qurub. O, bu məqsədlə həmkəndlisi İslamdan kömək istəyib. İslam da məsələ barəsində dostlarına bildirib. Beləliklə 5 nəfərdən ibarət qrup yaradılıb.

Keçən ilin iyul ayında İsmayıl Mikayıla qumbaraları almaq üçün müştəri tapdığını, 7500 dollara razılaşdıqlarını bildirib. İyulun 24-də axşam saatlarında Mikayıl atasına Bakıda yaşayan hərbçi dostunun bıçaqlandığını bildirərək paytaxta gedəcəyini bildirib və qumbaraları götürərək İsmayılla birgə yola düşüb. Onlar qrupun üzvü Kamil Qədimovun qardaşının qayınanasına məxsus olan və Zabrat qəsəbəsində yerləşən evə gəliblər. Burada İsmayıl və Mikayılı “alıcılar” qarşılayıblar. Mənzildə Mikayıl sellofan torbada gətirdiyi qumbaraları təqdim edərkən qrup üzvlərindən Elşən Məmmədrzayev saxta vəsiqə göstərərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. Elşən Məmmədrzayev, Ruslan Əsgərov, Kamil Qədimov və İslam Bayramov Mikayılla İsmayılın qollarını bağlayaraq onları ayrı-ayrı otağa salıblar. Mikayıl dostu İsmayılın da tutulduğunu düşünüb. Lakin az sonra cinayətin əsas təşkilatçılarından olan İsmayılın qolunu açıblar. Onlar özlərini dövlət işçisi kimi təqdim edərək Mikayılın silah alveri etdiyini, ağır cinayət törətdiyini bildirərək həbs ediləcəyini deyiblər və döyərək fiziki işgəncələr veriblər. Bundan sonra Mikayıl həmin şəxslərə pul verə biləcəyini deyərək atası ilə əlaqə saxlayıb və Bakıda tutulduğunu, kömək etməsini xahiş edib. Dəstə üzvləri Mikayılın Göyçayda yaşayan atasından 30 min dollar tələb edib, tərəflər daha sonra 30 min manat qarşılığında Mikayılın sərbəst buraxılmasına razılaşıblar.

İslam Bayramovun təklifi ilə Mikayılın atasından pulu Göyçaydakı telefon mağazasına qoyması tələb edilib. Daha sonra qrup üzvlərindən İsmayıl, İslam və Kamil birgə maşınla Göyçaya gedərək mağazadan 30 min manatı götürərək paytaxta qayıdıblar. Onlar pulu qrup üzvü olan 5 nəfər arasında böldükdən sonra Mikayılı sərbəst buraxıblar.

Bundan sonra qrup üzvləri Mikayılı onun azad edilməsində dostu İsmayıl və Bayramın müsbət rolunun olmasına inandırıblar və həmin şəxslərə əlavə 20 min dollar verməsini boynuna qoyublar. Lakin bir müddət sonra Mikayıl aldadıldığını başa düşüb və hadisənin elə İsmayılla Bayram tərəfindən təşkil edilməsini öyrənib, hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 noyabr 2022-ci il tarixli hökmü ilə Ruslan Əsgərov 11 il, İsmayıl Bədəlov 11 il, Elşən Məmmədrzayev 11 il, İslam Bayramov 11 il və Kamil Qədimov 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Qeyd edək ki, müharibədən qanunsuz silah gətirib satmağa çalışan Mikayıl Mikayılov barəsində də əlavə araşdırmalar həyata keçirilib, cinayət işi açılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil idaretmədən çıxaraq idman zalına çırpılıb, sürücü ölüb
  2. Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
  3. Kəhrəbada həkk olunan sirr: "Göz qabağında gizlənən" qədim qarışqa növü kəşf edildi
  4. Gəncədə beş nəfər qidadan zəhərlənib
  5. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  6. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  7. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  8. Azərbaycanda zəlzələ olub
  9. Bakıda kitabxana yanıb
  10. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu barədə Ətraflı
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib