azadses.az » Kriminal » Qaxda əməliyyat: Narkotik dövriyyəsinə görə beş nəfər tutuldu - FOTO

Qaxda əməliyyat: Narkotik dövriyyəsinə görə beş nəfər tutuldu - FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib və ümumilikdə 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən ilk əməliyyat zamanı dostlar - rayon sakini Süleyman Muradov və Zaqatala sakini, əvvəllər də məhkum olunmuş Fariz Kərimov saxlanılıblar.

Həmin şəxslərin üzərlərində daşıdığı kisəyə baxış keçirilən zaman səkkiz kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni satmaq və əldə etdikləri qazancı öz aralarında bölmək niyyətində olduqları müəyyən edilib.

Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində Zaqatala şəhər sakini Xalis Rəcəbov tutulub.

Taksi fəaliyyəti ilə məşğul olan həmin şəxsin istifadəsində olan VAZ-21011 markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən yarım kiloqrama yaxın marixuana aşkarlanıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha iki nəfər - Abdul Tağızadə və Elvin Abbasov saxlanılıb. Abdul Tağızadənin üzərinə keçirilən baxış zamanı 12 qram, eləcə də rayon ərazisindəki avtomobil yolunun kənarında gizlətdiyi 335 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Elvin Abbasovun üzərində daşıdığı sellofan torbadan isə 425 qram marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər hüquqazid əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.





DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib