azadses.az » Kriminal » “Cundul Şam”a qoşulan Bəxtiyar və ailəsi necə kriminallaşdı? - FOTO

“Cundul Şam”a qoşulan Bəxtiyar və ailəsi necə kriminallaşdı? - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Bəxtiyar Şıxıyev və ailəsi haqqında bir sıra maraqlı məqamlar üzə çıxıb.

Azadsəs.az xəbər verir ki, bu, bir ailənin faciəsi və bir çox vətəndaşlarımız üçün nəticə çıxarılası hekayədir.

Tez-tez yayılan rəsmi informasiyalardan göründüyü kimi dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində ölkə hüdudlarından kənarda Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış “İraq Şam İslam Dövləti” (“İŞİD”) və digər terror təşkilatlarının tərkibinə daxil olan qanunsuz silahlı qruplarda iştirak edən çoxsaylı vətəndaşlarımız müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri də Şıxıyev Bəxtiyar Səttərxan oğludur.

Fərdi qaydada usta fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edən 1989-cu il təvəllüdlü Bəxtiyar Şıxıyev 2012-ci ildən ibadətlə məşğul olmağa başlamış, din pərdəsi altında insanları cinayətə sövq edən radikal düşüncəli şəxslərin söhbətlərindən təsir dairəsinə düşmüş, 2013-cü ildə dini nikahla ailə həyatı qurduğu hələ 15 yaşı tamam olmamış Əsgərova Səadət Nazim qızı ilə birlikdə Suriyada davam edən silahlı münaqişələrdə iştirak etmək məqsədilə həmin torpaqlara üz tutmuş, yetkinlik yaşına çatmayan “arvad”ı ilə qızğın döyüşlərin getdiyi bölgələrdə məskunlaşıb. Yetkinlik yaşına çatmayan Səadət Əsgərovanın ölkədən necə çıxarılması, ailəsinin buna necə icazə verməsi hələ özü ayrı bir sualdır...

Bəxtiyar Suriyada yaşadığı müddətdə digər bir azərbaycanlının rəhbərlik etdiyi “Cundul Şam” adlı silahlı qrupun tərkibində başqaları ilə birlikdə təlimlərdə iştirak edərək müxtəlif növ silahlardan və döyüş sursatlarından istifadə qaydalarını mənimsəmiş, eləcə də ona təhkim edilmiş silahla “ribat”a (təşkilat üzvləri ərazinin mühafizəsini belə adlandırır) çıxıb. Bu hərəkətləri ilə yanaşı o, hələ uşaq yaşında silah-sursat söküb-yığmağı öyrətdiyi arvadının da əllərinin cinayət ləkələri ilə kirlənməsinə zəmin yaratmışdı...

2014-cü ildə Suriya Ərəb Respublikasından Türkiyəyə qayıdaraq orada yaşamağa başladıqdan sonra, yenicə dünyaya gələn övladını və ərini atan həmin “ana”, 2017-ci ildə Azərbaycan Respublikasına geri qayıdaraq kriminal aləmə qoşulmuş, gənc yaşlarında kriminal dəstənin tərkibində Bakı şəhəri ərazisində 65 yaşlı qadının evinə soxulub, həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın edərək, əmlakını ələ keçirmək məqsədilə onun əllərini kəndirlə bağlayıb, yerdə sürüyüb, ağzını dəsmal ilə tıxayıb yaşlı qadını köməksiz vəziyyətdə qoymaqla ona qarşı quldurluq cinayət əməllərini törədib. Səadət Əsgərova Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bəxtiyar özü isə ana sevgisindən məhrum qalmış azyaşlı övladı ilə birlikdə bir müddət gizlənsə də, Azərbaycan qanunlarının sərt üzü ilə üzləşməkdən yayına bilməyib...

Kriminal ailədən geriyə valideynlərini dini düşmənçilik, dini radikalizm və dini fanatizm uğrunda “itirmiş” tək oğul övlad qalıb.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib