azadses.az » Kriminal » Bakıda “pilot layihə”: “Mühəndis” silsilə oğurluqlar etdi

Bakıda “pilot layihə”: “Mühəndis” silsilə oğurluqlar etdi

Bakıda özünü mütəxəssis kimi təqdim edərək silsilə oğurluqlar etmiş şəxsin cinayət işi üzrə təfərrüat bəlli olub.

Oxu.Az-ın məhkəmə istintaqı materiallarına istinadən verdiyi məlumata görə, cinayət əməlini törədən şəxs 1981-ci il təvəllüdlü Qasım Mehdiyevdir (şərtidir - məhkəmə sənədlərində adı açıqlanmır).

Ali təhsilli, iki övlad atası olan Qasım 2016-cı ildə də oğurluq üstündə tutulub, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilibmiş.

O, 2019-cu ildə şərti azadlığa buraxılıb, lakin azadlıqda mərc oyunlarında iştirak edərək xeyli borca düşüb.

Qasımın borcunun çox olması, xərclərinin artması onu məcbur edib ki, yenidən köhnə vərdişlərinə qayıtsın, yəni oğurluqla məşğul olsun.

Qasımın ağlına gələn ideya bu olub ki, heç kimə fiziki zərər yetirmədən, sakit şəkildə gizli talama həyata keçirsin.

Bu məqsədlə o, 2021-ci il iyunun 5-də Bakıdakı mənzillərdən birinin qapısını döyərək ev sahibinə “pilot layihə” ilə əlaqədar həmin mənzilin ölçülərini götürəcəyini deyib.

İçəri girib, ev sahibinin digər otağa keçməsindən istifadə edərək yataq otağındakı dolabın üzərindən 450 manatlıq qızıl oğurlayıb.

Onun oğurluğu həmin an diqqət çəkməyib. Mənzili tərk etdikdən sonra isə növbəti qurbanını seçib.

Elə həmin gün digər mənzilə gələrək özünü mühəndis kimi təqdim edib və ölçü götürmək adı ilə bu evdən də oğurluq edib. O, həmin mənzildən 285 manat dəyərində qızıl və 20 manat pulu gizli yolla talayıb.

Qasım əməllərini davam etdirib, 2021-ci ilin iyunun 24-də, iyunun 29-da analoji ideyalarla oğurluğa imza atıb, mənzil sahiblərinin qızıllarını və pullarını oğurlayıb.

“Mən iyunun 5-də mənzilin qapısını döydüm. İçəri daxil olub, otaqlara baxmağa başladıqdan sonra ev sahibinə digər otağı ölçmək istədiyimi dedim. Ev sahibinin digər otağa keçməsindən istifadə edib şalvarın cibindən 100 manat pulu götürdüm. Qızılı da oğurladım. Digər oğurluğum isə belə oldu ki, ev sahibinə evinin plana düşdüyünü dedim. Ondan ölçü cihazı gətirməyini istədim. Yanımdan ayrılan kimi şkafın üzərindəki qızılları götürdüm”, - deyə Qasım öz ifadəsində əməllərini etiraf edib.

Qasım digər oğurluğunu isə ev sahibindən su istəyərək edib. Ev sahibu su gətirməyə gedəndə, “qəhrəman”ımız otaqda tək olmasından istifadə edərək oğurluğu həyata keçirib.

Polisə daxil olan şikayət əsasında iş başlanılıb. Sonra bütün izlər aparıb Qasıma çıxarıb.

Məhkəmənin hökmü ilə Qasım Mehdiyev Cinayət Məcəlləsinin 172.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Aqşin Kərimov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib