azadses.az » Kriminal » Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü

Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü

Bakıda daha bir məhkum ölüb. Hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada saxlanılan Hüseyn Abdulvahabov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, dünyasını dəyişən H.Abdulvahabov bir neçə il əvvəl ağır cinayətlərdə ittiham olunaraq həbs edilən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin üzvü olub. Milliyyətçə çeçen olan H.Abdulvahabov qardaşı Sidek H.Məmmədovun “sağ əli” imiş. Adıçəkilən çeçen qardaşlar H.Məmmədovun sifarişi ilə ən ağır cinayətlərə imza atıblar.Onların törətdiyi cinayətlər arasında “Azərmebelsənaye” İstehsalat Birliyinin sədri Nazim Paşayevin oğurlanması da var. Belə ki, Hüseyn və qardaşı Sidek H.Məmmədovun təhriki ilə Nazim Paşayevi oğurlayaraq istədikləri pulu ala bilmədikləri üçün onu və sürücüsünü qətlə yetiriblər.

Bundan başqa, onlar 1996-cı ilin avqustunda İlham Qədimzadəni oğurlayaraq valideynlərindən 200 min dollar tələb ediblər. Pulu ala bilmədiyini gördükdə isə onun qulağını kəsərək ailəsinə göndəriblər. Sonradan 180 min dollar pul alaraq İ.Qədimzadəni sərbəst buraxıblar.

Hüseyn və Sidek qardaşlarının bu kimi cinayətlərinin sayı çoxdur.

Məhkəmənin hökmü ilə H.Məmmədovla birgə Hüseyn və Sedik qardaşları da ömürlük azadlıqdan məhrum ediliblər. H.Məmmədov 2017-ci ildə saxlanıldığı həbsxanada özünü asaraq intihar edib. H.Abdulvahabovun qardaşı Sidek isə hazırda Bakıda cəza çəkir.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib