azadses.az » Kriminal » DİN əməliyyat keçirdi: 3-ü qadın olmaqla 17 narkokuryer saxlandı - FOTO/VİDEO

DİN əməliyyat keçirdi: 3-ü qadın olmaqla 17 narkokuryer saxlandı - FOTO/VİDEO


Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və narkopritonlar yaradaraq xüsusən gəncləri narkotik vasitələrdən istifadə etməyə və narkokuryerliyə cəlb edən şəbəkə üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

DİN Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonunda həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə paylanmasına nəzarət edən əsas şəxslərdən biri Seymur Cavadov saxlanılıb. Onun üzərindən və Masazır qəsəbəsində narkotik vasitələrin saxlanılması üçün anbar kimi istifadə etdiyi zirzəmidən ümumilikdə 27 kiloqram, o cümlədən 19 kiloqram 565 qram heroin, 6 kiloqram 810 qram tiryək, 715 qram marixuana və narkotik vasitələrin satışında bilavasitə istifadə etdiyi elektron tərəzi aşkar edilib.

Nəsimi rayonu ərazisində keçirdikləri tədbir zamanı Cəlilabad rayon sakini Səxavət İsmayılov narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 8 kiloqram 490 qram psixotrop maddə “patı”, “şüşə” adlandırılan metamfetamin, 2 kiloqram 990 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Səxavət İsmayılovun Suraxanı rayonunda yaşadığı evdən 3 kiloqram 440 qram tiryək və 1 ədəd narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.

Xətai rayonunda həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan İsmayıl Babayev, Orxan Cavadov və Mübariz Aslanov saxlanılaraq Baş İdarəyə gətiriliblər. İsmayıl Babayevin üzərindən və yaşadığı evdən ümumilikdə 1 kiloqram 230 qram metamfetamin, iki ədəd narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik kart, 30 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi və bir ədəd elektron tərəzi aşkar edilib. Orxan Cavadov və Mübariz Aslanovdan isə müvafiq olaraq 124 qram heroin, 100 qram marixuana və tərəzi aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının Abşeron rayonu Xırdalan şəhərində həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Xanım Məmmədəliyeva, Mətləb Əzizov və Çinarə Quliyeva saxlanılıblar. Xanım Məmmədliyeva və Mətləb Əzizovdan müvafiq olaraq 1 kiloqrama yaxın metamfetamin, eləcə də iki ədəd elektron tərəzi, Çinarə Quliyevadan isə 20 qram heroin aşkar edilərək götürülüb.

Paytaxtın Binəqədi və Nizami, həmçinin Saatlı rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Bakı şəhərində narkokuryerlik edən Emin Rəhimzadə, Nicat Kərəmov və Sadiq Məmmədov, eləcə də Elvin Həsənovla Nəhməd Abıyev saxlanılıblar. Emin Rəhimzadə, Nicat Kərəmov və Sadiq Məmmədovdan 500 qrama yaxın narkotik vasitə olan marixuana, heroin, elektron tərəzi, həmçinin Nicat Kərəmovdan əlavə 10 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Saatlı rayonunda tutulan Elvin Həsənov və Nəhməd Abıyevin üzərindən və yaşadıqları evlərdən isə ümumilikdə 3 kiloqram 340 qram satış üçün əldə etdikləri marixuana aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Masallı və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyat zamanı isə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışını təşkil edən paytaxt sakinləri Rasim Şahmərdanov və tanışı Şəms Məmmədli saxlanılıb. Onların üzərindən 22 qram heroin, metamfetamin və iki ədəd plastik kart, Rasim Şahmərdanovun idarə etdiyi avtomobildən isə əlavə 10 kiloqram 380 qram heroin, 2 kiloqram 340 qram metamfetamin və elektron tərəzi, Cəlilabad rayonunda saxlanılan Səfa İbrahimovun üzərindən isə 4 qrama yaxın heroin aşkar edilib.

Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Yevlax rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə həmin bölgədə narkotik vasitələrin satışı ilə məşğul olan Aqil Tağıyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 3 kiloqram 400 qram satmaq məqsədi ilə əldə etdiyi marixuana aşkar edilib.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan 17 nəfər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb edildiklərini, həmçinin narkotiklərin satışını təşkil edən şəbəkənin üzvü olduqlarını bildiriblər. Bu şəxslərin hər biri paytaxt və bölgələrdə narkotiklərin satışını təşkil ediblər və əsasən gəncləri narkokuryerliyə cəlb etmək üçün mütəşəkkil dəstə yaradıblar. Onların cinayətləri ətrafında həyata keçirilən əməliyyat tədbirləri və təkzibedilməz faktlarla tam sübuta yetirilib.

Göstərilən əməliyyatlar zamanı saxlanılan şəxslərin hər biri barəsində bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu tədbirlər nəticəsində baş idarənin əməkdaşları tərəfindən ümumilikdə 64 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən 40 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Vətəndaşlara, xüsusən sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək bildiririk ki, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməkdən çəkinməsinlər. Bunun üçün məlumatlı şəxslər nazirliyin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki rəsmi ünvanlarına da müraciət edə bilərlər. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə töhfə vermək üçün məlumatı polis əməkdaşları ilə bölüşən şəxslərin anonimliyinə tam zəmanət verilir.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu