Главная > İqtisadiyyat > Mərkəzi Banka yeni səlahiyyət verildi

Mərkəzi Banka yeni səlahiyyət verildi


20-11-2020, 12:28. Разместил: azadses
Azərbaycan Mərkəzi Bankına (AMB) yeni səlahiyyət verilir.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən "Tibbi sığorta haqqında” qanun layihəsində əksini tapıb.
 
Qanun layihəsinə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.
 
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.



Вернуться назад