Главная > İqtisadiyyat > “Azərsığorta” Vətən Müharibəsinə görə ödəniş etməyə başlayıb
“Azərsığorta” Vətən Müharibəsinə görə ödəniş etməyə başlayıb23-10-2020, 09:35. Разместил: azadses |
Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) sentyabrın 27-dən Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən Müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə ödəniş etməyə başlayıb. Bu barədə ''Report'' -a şirkətdən məlumat verilib. “Həyatını itirmiş və xəsarət almış hərbi qulluqçularla bağlı artıq “Azərsığorta”ya müraciətlər daxil olur və təmin edilir”, - maliyyə qurumunun rəhbər şəxslərindən biri bildirib. Xatırladaq ki, hərbi qulluqçular 11 min manat məbləğində sığortalanır. Вернуться назад |