Главная > İqtisadiyyat / Manset > Qiyməti bahalaşan məhsulların adları açıqlandı

Qiyməti bahalaşan məhsulların adları açıqlandı


17-12-2019, 10:10. Разместил: azadses
Siyahıda əsas yeri qida məhsulları tutur
Bu ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8%, qeyri-ərzaq malları üzrə 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2,1% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.
Bu ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 0,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 0,9%, qeyri-ərzaq malları üzrə 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 0,1% artıb.
Bu ilin noyabr ayında əvvəlki ayla müqayisədə düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, kolbasa məmulatlarının, südün, pendirin, yoqurtun, kəsmiyin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, bananın, almanın, armudun, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, qəhvənin, çayın, meyvə şirəsinin qiymətlərində bahalaşma, qatılaşdırılıb şəkərli südün, xamanın, portağalın, naringinin, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, balqabağın, yerkökünün, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.




Вернуться назад