Главная > İqtisadiyyat > “Viva Desserts” qiymət pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunub

“Viva Desserts” qiymət pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunub


2-06-2025, 14:56. Разместил: azadses
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Viva Desserts" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.


Вернуться назад