Главная > İqtisadiyyat > Azərbaycan alma ixracından gəlirini 17 % artırıb
Azərbaycan alma ixracından gəlirini 17 % artırıb1-05-2025, 08:52. Разместил: azadses |
Bu ilin yanvar-mart aylarında Azərbaycan 19,3 milyon ABŞ dollar dəyərində alma ixrac edib. “Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir. Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon ABŞ dollar və yaxud 17 % çoxdur. Ötən ilin yanvar-mart aylarında Azərbaycan 16,5 milyon ABŞ dollar dəyərində alma ixrac edib. Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib. Вернуться назад |