Главная > İqtisadiyyat > “Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı - VİDEO
“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı - VİDEO4-12-2019, 18:30. Разместил: azadses |
Hər abonentdən 10 manat tələb edilir Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır. Azadsəs-in məumatına görə bu barədə “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: ““Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir". "Azəriqaz" həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini də yayıb. Вернуться назад |