Главная > İqtisadiyyat > Cəlilabadda mərci sahələri iki dəfəyə yaxın artırılıb

Cəlilabadda mərci sahələri iki dəfəyə yaxın artırılıb


5-07-2024, 14:44. Разместил: azadses
Cəlilabad rayonunda bu mövsüm mərci sahələri iki dəfəyə yaxın artırılıb.

Bu barədə "Report"un yerli bürosuna Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu il 383 hektar sahədə mərci bitkisi əkilib. Ötən il bu rəqəm 216 hektara bərabər olub.

Fermerlərin sözlərinə görə, mərci məhsulu Cəlilabadın iqlim şəraitinə uyğun olduğu üçün bu əkinə maraq ildən-ilə artır. Həmçinin mərcinin satış qiyməti də normal olduğu üçün fermerlər bu məhsulunun əkininə daha çox diqqət ayırır.


Вернуться назад