Главная > İqtisadiyyat > Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnoz 74 % artırılır
Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnoz 74 % artırılır14-10-2023, 13:00. Разместил: azadses |
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 558,22 milyon manatının və yaxud 1,6 %-nin səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 73,8 % çoxdur. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir. Вернуться назад |