Главная > İqtisadiyyat > Özəl qeyri-neft ixracatçılarının ilk 10-luğunda dəyişiklik olub

Özəl qeyri-neft ixracatçılarının ilk 10-luğunda dəyişiklik olub


28-04-2023, 20:31. Разместил: azadses
Bu ilin mart ayında dövlətə məxsus olmayan qeyri-neft ixracatçılarının ilk 10-luğunda dəyişiklik olub

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayında bildirilir.

Hesabata görə, ötən ay siyahıda “Rose Servis” MMC-ni “Khan-El” MMC əvəz edib.

Siyahıda digər şirkətlər isə “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin yerli nümayəndəliyi, “STP Global Cable” MMC, “Baku Steel Company” QSC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC və “Almeyvə” MMC-dir.


Вернуться назад