Главная > İqtisadiyyat / Manset > Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI23-07-2022, 14:31. Разместил: admin |
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb. Azərbaycan neftinin bir barelinin qiyməti 1,46 ABŞ dolları, yaxud 1,2 % azalaraq 115,42 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir. Вернуться назад |