Главная > İqtisadiyyat > Finlandiya Rusiya qazından imtina etdi
Finlandiya Rusiya qazından imtina etdi21-05-2022, 15:21. Разместил: admin |
Finlandiyanın “Gasgrid Finland” qaz nəqli şirkəti Rusiya Federasiyasından qaz tədarükünü dayandırdığını elan edib. Bu barədə operatorun açıqlamasında bildirilir. “İmatra” giriş məntəqəsi vasitəsilə qazın tədarükü mayın 21-də dayandırılıb. Finlandiya qaz bazarının tələb etdiyi qazın həcmi bazar iştirakçılarının verdiyi təkliflərə uyğun olaraq “Balticconnector” giriş məntəqəsi vasitəsilə Finlandiya qaz sisteminə idxal olunur”, - deyə mətndə deyilir. Qeyd olunur ki, hazırda ölkənin qaz sistemi stabildir. Bundan əvvəl bildirilmişdi ki, “Qazprom eksport” mayın 21-i səhər saat 07:00-dan (Bakı vaxtı ilə 08:00 – red.) Finlandiyanın “Gasum” dövlət enerji şirkəti ilə müqavilə əsasında Rusiya qazının nəqlini dayandırır. Buna səbəb Finlandiyanın aprel ayında verdiyi qazın pulunu ödəməməsi və ödənişləri rublla etməkdən imtinasıdır. Вернуться назад |