Главная > İqtisadiyyat > Azərbaycan Türkiyəyə qaz ixracında liderdir
Azərbaycan Türkiyəyə qaz ixracında liderdir1-06-2020, 11:01. Разместил: azadses |
Bu ilin mart ayında Türkiyə Azərbaycandan 924,28 mln. kubmetr həcmində təbii qaz idxal edib. Azad Səs-in məlumatına görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Bu göstərici ötən ilin mart ayından 19,63% çoxdur. Türkiyənin ümumi qaz idxalında Azərbaycan ilk yerdə olub. Hesabat ayında Türkiyə ümumilikdə 3,94 mlrd. kubmetr həcmində qaz idxal edib. Bu həcmin 2,069 mlrd. kubmetri LNG, 1,87 mlrd. kubmetri boru kəmərləri vasitəsilə nəql edilən qaz olub. Türkiyə idxalında boru kəmərləri ilə nəql edilən qazın həcmini 37,7% azaldıb, LNG qazını isə 60% artırıb. Mart ayında Türkiyənin qaz idxalında ən böyük azalma Rusiyadan qaz alışında qeydə alınıb. Belə ki, ötən ilin mart ayında bu ölkədən 1,40 mlrd. kubmetr qaz idxal edildiyi halda, bu ilin mart ayında bu göstərici 389 mln. kubmetr olub. Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Вернуться назад |