Главная > İqtisadiyyat > Avropada qazın qiyməti 3500 dolları keçdi

Avropada qazın qiyməti 3500 dolları keçdi


7-03-2022, 13:42. Разместил: admin
Avropada təbii qazın qiyməti tarixi rekordu yeniləyib.

“Azadsəs.az” xəbər verir ki, ICE Futures birjasının məlumatına görə, Niderlanddakı TTF qovşağında aprel fyuçerslərinin qiyməti hər min kubmetr üçün 3514 dollara çatıb.

Fevral ayı üçün TTF-nin orta qiyməti 935 dollar səviyyəsində olub.

Qeyd olunur ki, Rusiya enerji resurslarının - neft, kömür, maye qazın tədarükü ilə bağlı dünya bazarında qeyri-müəyyənlik artır. Ukrayna ətrafındakı çətin vəziyyətlə yanaşı (bazar bu istiqamətdə risklərin hər gün artdığına inanır) bu həftə Avropada bərpa olunan mənbələrdən - külək istehsalından elektrik enerjisi istehsalının kəskin azalması müşahidə olunub.
Вернуться назад