Главная > İqtisadiyyat > Dünyanın ən iri qaz yataqlarından olan “Şahdəniz”in hasilat gücü ARTIB - FOTO
Dünyanın ən iri qaz yataqlarından olan “Şahdəniz”in hasilat gücü ARTIB - FOTO11-02-2022, 12:43. Разместил: admin |
2021-ci il ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 2 milyard dollardan artıq əməliyyat xərcləri və təxminən 680 milyon dollar əsaslı xərc çəkilib. “BP Azərbaycan”dan "Azadsəs.az"-a verilən məlumata əsasən, 2020-ci illə müqayisədə əməliyyat xərcləri iki dəfə artıb, əsaslı xərclər isə 27,8 faiz azalıb. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub. 2021-ci ildə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil edilib. Yataqlardan qaz hasilatı 27,1 faiz, kondensat həcmi isə 11,1 faiz artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir. 2020-ci ilin yekununda isə bu gündə 56 milyon (ildə 20 milyarddan artıq) idi. Bir il ərzində günlük hasilat gücü 16 milyon kubmetr, illik hasilat gücü isə 6 milyard kubmetr artırılıb. 2021-ci ilin ikinci rübündə “Şahdəniz 2” çərçivəsində hasilata başlayan şərq-cənub cinahı il ərzində tam hasilat səviyyəsinə çatıb. Cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb. Ümumilikdə, qərb-cənub cinahında bütün sualtı quraşdırma işləri 2022-ci ilin ortalarına planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edir. 30 iyun tarixində “Şahdəniz 2” çərçivəsində dərinsulu Şərq-cənub cinahından hasilat başlanıb. 2021-ci ildə həmçinin şimal cinahında 5-ci quyudan hasilata start verilib. 2021-ci ildə “Şahdəniz Alfa” platformasında quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-nu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb. Qərb-cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. “Şahdəniz”də iştirak payları belədir: BP (28,83 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzŞD (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,67 faiz). Вернуться назад |