Главная > İqtisadiyyat / Manset > "Xaçmaz KOB evi" sahibkarlara 50 minə yaxın xidmət göstərib

"Xaçmaz KOB evi" sahibkarlara 50 minə yaxın xidmət göstərib


7-02-2022, 17:31. Разместил: azadses
İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Xaçmaz KOB evi” sahibkarlara 49 931 xidmət göstərib. Bunlardan 47 973-ü (96%-i) “G2B”, 1 958-i (4%-i) isə “B2B” xidmətlərdir.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Bu gün “Xaçmaz KOB evi”nin fəaliyyətə başlamasından 2 il ötür. Ötən ay burada daha 2 yeni “G2B” xidməti sahibkarların istifadəsinə verilib.

Hazırda “Xaçmaz KOB evi”ndə sahibkarlara 10 dövlət qurumu 150 “G2B”, 6 özəl şirkət 100 zəruri “B2B” xidmətləri göstərir. Sahibkarlar biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı, kommunal xidmətlər, bank və s. xidmətlər üçün “Xaçmaz KOB evi”nə müraciət edə bilərlər.

“Xaçmaz KOB evi”nin xidmətlərindən daha çox istifadə edən rayonlar arasında Xaçmaz, Quba və Qusardan olan sahibkarlar üstünlük təşkil edir.

Xaçmazdan başqa Yevlax şəhərində də iki KOB evi fəaliyyət göstərir. Onların əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçülə bilən olmasıdır. KOB evləri həmçinin, fəaliyyət göstərdiyi regionda kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdırır, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasına dəstək olur.


Вернуться назад