Главная > İqtisadiyyat / Manset > SOCAR-dan benzinin bahalaşmasının İZAHI: “Zavod qiymətini artırıblar”

SOCAR-dan benzinin bahalaşmasının İZAHI: “Zavod qiymətini artırıblar”


2-06-2021, 18:25. Разместил: azadses
“Aİ-95” premium markalı benzinlə “Aİ-98” super markalı benzinin qiyməti eyni nisbətdə 15 qəpik artırılıb. Hazırda “Aİ-95” premium markalı benzin 1 manat 40 qəpiyə, “Aİ-98” super markalı benzin 1 manat 55 qəpiyə satılır.

Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.

O bildirib ki, premium və super markalı benzin növləri Azərbaycana idxal olunur və buna görə də onların qiyməti dünya bazarlarındakı qiymətlərdən asılıdır:

“Dünyada neftin və neft məhsullarının qiyməti artdıqca Azərbaycanda da məhz bu benzin növlərinin qiyməti artır, müvafiq olaraq azaldıqca isə azalır. Pandemiyadan əvvəl premium markalı benzinin qiyməti 1 manat 50 qəpik idi, pandemiya dövrün isə 1 manat 10 qəpiyə düşdü. Bir müddət sonra 1 manat 25 qəpiyə qalxdı. İndi onun qiyməti 1 manat 40 qəpikdir. Qiymətin qalxması dünyada neftin və neft qiymətlərinin artması ilə əlaqədardır.

Bu məhsulları, benzin növlərini satan zavod və şirkətlər qiymətləri artırıblar. Azərbaycanda da onların qiyməti müvafiq olaraq artır.

“Aİ-92” və dizel yanacaq növləri Azərbaycanda ən çox istifadə olunan yanacaq növləridir. Bu yanacaq növlərinin qiyməti Azərbaycanda istehsal olunduğuna görə dövlət tərəfindən tənzimlənir. Gələcəkdə, 2022-ci ildən sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiyanın hazırki mərhələsi başa çatdıqdan sonra “Aİ-95” markalı benzinin istehsalı Azərbaycanda da mümkün olacaq. Bu yanacaq növünün artıq idxalından asılı olmayacağıq. Onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi şəkildə tənzimlənə bilər”.

Nigar Məmmədova


Вернуться назад