Главная > İqtisadiyyat > Yeni fındıq emalı fabriki istifadəyə verilir
Yeni fındıq emalı fabriki istifadəyə verilir6-03-2021, 12:00. Разместил: azadses |
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır. İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycanda ixrac potensialı böyük olan və ölkəyə valyuta axınına töhfə verən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. Bu baxımdan yeni texnologiyalardan istifadə etməklə fındıq istehsalının artırılması, fındıq məhsullarının yeni bazarlara çıxarılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Hazırda müəssisədə son tamamlama işləri aparılır. İldə yeddi min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri olacaq. Ümumi investisiya dəyəri 34,3 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Вернуться назад |