Главная > İqtisadiyyat > Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac artıb
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac artıb19-02-2021, 14:59. Разместил: azadses |
2021-ci il ilin yanvarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 1,607 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin yanvarı ilə müqayisədə 50 faiz çoxdur. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir. Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 45,3 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb. Ötən ay Azərbaycanın magistral kəmərləri ilə 3,54 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin yanvarı ilə müqayisədə 11,9 faiz çoxdur. Вернуться назад |