Главная > İqtisadiyyat > Dövlət Neft Fondunda yeni təyinat

Dövlət Neft Fondunda yeni təyinat


3-03-2020, 16:03. Разместил: azadses
Prezident İlham Əliyev sərəncam verdi
Prezident İlham Əliyevin Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Azadsəs-in məlumatına görə, R. Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.
ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.


Вернуться назад