Главная > İqtisadiyyat > "Kənd təsərrüfatı malları kəskin bahalaşa bilər" - EKSPERT RƏYİ
"Kənd təsərrüfatı malları kəskin bahalaşa bilər" - EKSPERT RƏYİ6-01-2021, 09:58. Разместил: azadses |
“Birdən-birə dizel yanacağının qiymətinin 34 faiz artması kənd təsərrüfatı məhsullarının qiymətlərinə ciddi təsir göstərəcək. Aqrar sahədə və logistikada qiymət artımının olması məhsulun maya dəyərinə və son qiymətlərinə ciddi təsir edən amilə çevriləcək. Aqrar sektorda maya dəyərinin formalaşmasında 30 faizə yaxın dizel yanacağının payı var. Bu onu göstərir ki, qiymət artımı bu sahədə daha çox diqqətə çarpacaq" ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bundan başqa bahalaşma logistikaya, daşımalara da təsir edəcək: "Marketlərə daşımanın xərci artıb. Çünki bu daşımanı həyata keçirən nəqliyyat vasitələrinin böyük əksəriyyəti dizel yanacağı ilə işləyir. Bu baxımdan artıq bu gündən etibarən marketlərdə bahalaşmanın şahidi olacağıq. Bir neçə aydan sonra, əsasən mart ayında aqrar sahədə qiymət artımını müşahidə edəcəyimizi düşünürəm. Mart-aprel aylarında bazarda kənd təsərrüfatı mallarının qiyməti kifayət qədər yüksələcək”. Вернуться назад |