azadses.az » İqtisadiyyat » Azərbaycanda bu banklar da bağlana bilər

Azərbaycanda bu banklar da bağlana bilər

Azərbaycan banklarının bir neçəsinin ciddi problemləri var. Bununla bağlı yayılan məlumata görə, yaxın vaxtlarda bir neçə bankla bağlı sərt addımlar atılacaq. Bu addımlardan biri bankların birləşməsini nəzərdə tutur. İlin sonunadək problemləri olan 4-5 bankın daha yaxşı vəziyyətdə olan banklara birləşdiriləcəyi gözlənilir.
Xatırladaq ki, bu ilin aprelində bank sektorunun tənzimləyicisi olan Mərkəzi Bankın qərarı ilə 4 bankın lisenziyası geri alınıb. Bunlar Atabank, Amrah Bank, AG Bank və NBC Bankdır. Bu bankların vəziyyəti ilə bağlı danışan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov qalan bankların bəzilərində də problemlərin olduğunu bildirmişdi. Onun sözlərinə görə, Mərkəzi Bank (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən (50 milyon manat) az olan banklarla iş aparmağa başlayıb: “Həmin banklar sağlam banklardır, öhdəliklərini yerinə yetirirlər. Onların adekvatlığı yüksəkdir, sadəcə, məcmu kapitalları müəyyən edilmiş tələbdən aşağıdır. Bu ilin sonuna qədər həmin bankların nizamnamə kapitallarının (dolayısı ilə məcmu kapitallarının) artırılması istiqamətində iş aparırıq”.
E.Rüstəmov həmçinin bankların maliyyə hesabatlarının auditinə daha çox diqqət yetiriləcəyini deyib: “Bu, xoşagəlməz halların təkrarlanmaması üçün lazımdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə bu kimi hallarla bağlı daha dəqiq maddələr əlavə olunmalıdır. Bununla bağlı aidiyyəti qurumlar və bank ictimaiyyəti ilə müzakirələr aparacağıq”.
Qeyd edək ki, 31 iyul 2020-ci il tarixinədək Azərbaycandakı 26 bank 2020-ci ilin ilk 6 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Açıqlanan məlumatlardan aydın olur ki, 2020-ci ilin ilk 6 ayını 26 bankdan 21-i xalis mənfəətlə, 5-i isə xalis zərərlə başa vurub. Ən çox mənfəət əldə edən bank Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank, Xalq Bank və Express Bankdır.
Ən çox xalis zərəri olan banklar isə Yelo Bank (13 milyon 583 manat), Muğan Bank (1 milyon 880 min manat), Bank Avrasiyadır (1 milyon 578 min manat). Pakistan Milli Bankının Bakı filialının zərəri 233 min manat, Bank BTB-ninki isə 107 min manat təşkil edib.
Zərərlə işləyənlərdən əlavə, çox cüzi gəliri olan banklar da var. Bunlar arasında ən aşağı gəliri Azər-Türk Bank (26 min manat), Bank Melli İran (461 min manat), YapıKredi Bank Azərbaycan (472 min manat) və Gunay Bank (618 min manat) əldə edib.
Bankların birləşməsi hazırkı vəziyyətdə nə qədər arzuolunan prosesdir? Bu proses bankların əmanətçiləri, onlardan kredit götürən şəxslər üçün hər hansı problem yarada bilərmi?
''Azad Səs'' PARLA-ya istinadən xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, aprel-mayda 4 bankın bağlanması göstərdi ki, bir çox hallarda bankların ictimaiyyətə açıqladıqları məlumatlar reallıqdan uzaqdır: “Məlum oldu ki, dörd bankın dördünün də kapitalı nəinki 50 milyon manatlıq normadan aşağıdır, hətta mənfiyə gedibmiş. Lakin biz bunu onların hesabatlarında görmürdük. Ona görə də bankların hesabatları əsasında fikir söyləmək mümkün deyil. Amma bir neçə bank var ki, onların ”reanimasiyada” olduğun söyləmək olar. Bu bankların taleyi necə olacaq – yaxşılaşıb “palata”ya köçə biləcəklər, yoxsa bağlanacaqlar, bunu söyləmək çətindir”.
Ekspertə görə, vəziyyəti yaxşı olmayan bankların birləşməsi pozitiv prosesdir: “Təəssüf ki, bu təcrübədən Azərbaycanda indiyədək cəmi bir dəfə yararlanıblar. İkisi də eyni mənbəyə bağlı olan ”Atabank” və “Caspian DevelopmentBank” birləşmişdi, amma sonuc müsbət bitmədi. Bankların bağlanmasındansa, birləşmələri daha səmərəli yoldur. Bağlanmanın psixoloji yükü var, bank bağlanan əhali arasında sektora inam azalır. İkinci tərəfdən, banklara qoyulan əmanətlərin batması təhlükəsi aradan qalxır. Xüsusilə qorunmayan əmanət sahibləri üçün problem yaranmır. Çünki qorunan əmanətlərin sahibləri bank bağlananda çox cüzi zərərə düşürlərsə, qorunmayan əmanətlərin sahibləri üçün bunu söyləmək mümkün deyil. Kredit götürən şəxslər üçünsə bankın bağlanması və birləşməsi demək olar ki, təsirsiz gedir”.
Hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun sözlərinə görə isə adətən vəziyyəti pisləşən banklar barədə məlumatlar yayıldıqdan bir qədər sonra onlar bağlanırlar: “Bankların vəziyyətini pisləşdirən bir neçə amil var. Bunların ən birincisi pandemiyadır. Pandemiya şəraitində əhali banklardan əmanətlərini çıxarır, kredit vermək imkanları məhdudlaşır və sair. Bu baxımdan, bankların durumunun daha da pisləşməsi gözləniləndir. Düşünmürəm ki, vəziyyəti pisləşən bankların birləşdirilməsi ilə uğurlu nəticə əldə etmək mümkün olsun. Səmərəni o zaman əldə etmək mümkündür ki, yaxşı işləyən bankla problemləri olan bank birləşdirilsin. Bu zaman problemli bankın çətinlikləri aradan qaldırılar və nəticədə hər iki tərəf səmərə əldə edər. Amma indiki şəraitdə belə birləşməni real görmürəm. Yeganə yol çətin vəziyyətdə olan bankların sahiblərinin onlara əlavə vəsait qoymaqla problemlərini həll etməsi ola bilər”.
Ekspertin sözlərinə görə, dövlət sistem əhəmiyyətli bankların bağlanmasına imkan verməyəcək: “Bunu Mərkəzi Bank rəhbəri Elman Rüstəmov da bəyan edib. Azərbaycanda sistem əhəmiyyətli banklar isə Beynəlxalq Bank, KapitalBank və PaşaBankdır ki, onların vəziyyəti də kifayət qədər yaxşıdır. Qalan bütün banklardan hansının vəziyyəti kəskin pisləşəcəksə, bağlanacaq. Bu baxımdan, müştərilər ehtiyatlı olmalıdılar. Bankların birləşməsi, yaxud bağlanmasının kredit götürənlərə heç bir təsiri yoxdur. Əmanətçilərə isə təsir ola bilər, xüsusilə də qorunmayan əmanətlərin sahiblərinə. Əgər bu il dekabrın 4-dən sonra hansısa bank bağlanarsa, qorunmayan əmanəti olan şəxslər üçün ciddi problemlər yaranar. Buna görə də vətəndaşlar bu amili nəzərə almalıdılar. Bankların bağlanmasından ən çox zərəri hüquqi şəxslər və müəssisələr çəkir. Onların bank hesablarında olan vəsaitlər demək olar ki, bütünlüklə itirilir. Dörd bankın bağlanması təcrübəsində biz bunu bir daha açıq gördük. Bu baxımdan, sahibkarları bank seçərkən son dərəcə diqqətli olmağa çağırıram”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu