Gündüz Kərimov: "Azərbaycanda iqtisadi inkişaf mühüm mərhələyə qədəm qoyur"
- 25-04-2025, 17:19
- İqtisadiyyat
Azərbaycanda iqtisadi inkişaf yeni, mühüm mərhələyə qədəm qoyur.
"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsində qələbə əldə edilməsi, ardınca suverenliyimizin bərpa olunması, yeni regional gündəmin bəlli olması, regionda kommunikasiyaların açılması və onların inkişaf etdirilməsi sahəsində atılan addımlar Azərbaycan iqtisadiyyatı və sahibkarlar qarşısında yeni üfüqlər açır.
"İşğaldan azad edilmiş ərazilərdə yeni iş yerlərinin açılması üçün bir sıra mexanizmlər qəbul edilib. Ölkə Konstitusiyası isə ümumbəşəri dəyərləri rəhbər tutaraq bir sıra vacib təminatları özündə əks etdirir. Bunlar, mülkiyyətin qorunması, azad sahibkarlığın inkişafı və digər vacib konsepsiyalardır", - deyə şöbə müdiri qeyd edib.