Azərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələrinin həcmi 44 %-dən çox artıb
- Dünən, 10:30
- İqtisadiyyat
Ötən il fiziki şəxslərin Azərbaycandan Çinə pul köçürmələrinin həcmi 11,779 milyon ABŞ dolları təşkil edib.
“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici illik müqayisədə 44,32 % və ya 3,617 milyon ABŞ dolları artıb.
Köçürmələrin ümumi həcmində Çinə transfertlərin payı 2,2 % təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin yekunlarına görə, fiziki şəxslərin Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan Çinə fiziki şəxslərdən pul köçürmələrinin həcmi 8 milyon 162 min ABŞ dolları, xarici ölkələrə isə ümumi köçürmələrin həcmi 550 milyon 126 min ABŞ dolları təşkil edib.