azadses.az » İqtisadiyyat » İsraildə Azərbaycanın turizm nümayəndəliyinin ofisi açıldı - FOTO

İsraildə Azərbaycanın turizm nümayəndəliyinin ofisi açıldı - FOTO

“İsraildə Azərbaycanın turizm nümayəndəliyinin açılışı Azərbaycan və İsrail arasında turizm əlaqələrinin inkişafına təkan verəcək”.

Bu barədə Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev martın 30-da İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı mərasimində bildirib.

Tədbirdə çıxış edən Agentlik sədri nümayəndəliyin fəaliyyətinin İsraildə Azərbaycan haqqında məlumatlılığın artmasına və ikitərəfli turizm əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.

Fuad Nağıyev iqtisadi və strateji amillərlə yanaşı, xalqlarımız arasında mədəni-tarixi əlaqələrin, qarşılıqlı dostluq və anlaşmanın turizm münasibətlərinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Azərbaycanın çoxsaylı etnik qrupların birlikdə yaşadığı tolerant və multikultural ölkə olduğunu vurğulayan Fuad Nağıyev azərbaycanlılar və yəhudilərin əsrlər boyu bir yerdə yaşayaraq ortaq dəyərlər yaratdıqlarını, yəhudi irsinin bu günədək Bakı, Quba, İsmayıllı, Oğuz və digər rayonlarda qorunub saxlanıldığını, Qubada yerləşən Qırmızı Qəsəbənin dünya üzrə İsraildən kənarda dağ yəhudilərinin kompakt şəkildə yaşadığı yeganə yer olduğunu qeyd edib.

Agentlik sədri israilli turistlərin tezliklə işğaldan azad olunmuş Qarabağa da səfər edə biləcəklərinə inamını ifadə edib.

Tədbirdə çıxış edən İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, 2021-ci ilin avqust ayında Azərbaycanın ticarət nümayəndəliyinin, eləcə də turizm nümayəndəliyinin açılması, indi isə Təl-Əviv ofisinin açılışı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi ilə İsrail Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sazişə əsasən, tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm idarəetmə orqanları, turizm assosiasiyaları, təşkilatları və müvafiq şirkətləri arasında əlaqələrin qurulmasını, o cümlədən tarixi, rəqəmsal, ekoloji, macəra turizmi üzrə əməkdaşlığı genişləndirmək, mədəni irs və dini məkanlara səyahətləri təşviq etmək öhdəliyi götürürlər.

Bundan əlavə, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 29-30 martda Təl-Əvivdə baş tutan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022) sərgisində iştirak edib.

Sərgidə “Azərbaycan Hava Yolları” QSC, Dağ Yəhudiləri Muzeyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və digər 9 yerli tərəfdaşla birlikdə təmsil olunan nümayəndə heyəti tərəfindən Azərbaycanın turizm imkanları, o cümlədən Qarabağın turizm potensialı nümayiş etdirilib.

Sərgi çərçivəsində müvafiq tərəfdaşlarla yeni əlaqələr yaratmaq və yaxın gələcəkdə İsraildən daha çox turisti qarşılamaq istiqamətində əməkdaşlıq etməklə bağlı görüşlər keçirilib.

Sərgi zamanı İsrailin turizm naziri Yoel Razvozov Azərbaycan milli stendini ziyarət edərək təqdim olunan turizm məhsulları ilə tanış olub.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib. Bu da 2018-ci il ilə müqayisədə 17,3 % artım demək idi. Pandemiya dövründə bu say kəskin azalsa da, 2021-ci ildə sərhədlərin tədricən açılması ilə davamlı şəkildə artmağa başlayıb.



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 48 yaşlı qadın dəm qazından ölüb
  2. Gədəbəydə 4 otaqlı ev yanaraq külə dönüb
  3. Bu ilin iki ayı ərzində 39 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
  4. Xaçmaz rayonunda yol qəzası olub, yaralananlar var
  5. Bakıda ölümlə nəticələnən yol qəzası olub
  6. Şabranda ana və övladı dəm qazından zəhərlənib, biri ölüb
  7. Hövsan qəsəbəsinin mərkəzi hissəsində işıq olmayacaq
  8. Lerikdə zəlzələ olub
  9. İsmayıllı rayonunda zəlzələ olub
  10. Sumqayıtda 17 yaşlı gənc binadan yıxılaraq ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Balet ustası Tamilla Şirəliyeva vəfat edib
Balet ustası Tamilla Şirəliyeva vəfat edib
Balet ustası Tamilla Şirəliyeva vəfat edib. Bu barədə “Report”a Akademik Opera və Balet Teatrından məlumat verilib. Məlumat üçün Ətraflı
Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar