azadses.az » İqtisadiyyat » SOCAR-ın prezidenti BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti ilə görüşüb

SOCAR-ın prezidenti BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti ilə görüşüb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrelli qəbul edib.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, bir neçə il bundan öncə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsini icra etmiş Qordon Birrelli səmimi salamlayan SOCAR prezidenti onun yeni vəzifəsində uğurla fəaliyyət göstərməsindən məmnunluğunu bildirib.

Görüşdə SOCAR və BP tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub.

Abşeron yarımadasının dayazsulu hissəsində aparılan kəşfiyyat qazmasının gedişatı, həmçinin Azərbaycanda qaz hasilatının müxtəlif mənbələr hesabına daha da artırılması, yerli və qlobal qaz bazarının artan tələbatının ödənilməsində bunun əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.

BP-nin vitse-prezidenti təmsil etdiyi şirkətin Azərbaycanın neft-qaz sektorunda hələ uzun müddət fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP ilə həyata keçirilən birgə layihələrin inkişaf etdirilməsi əzmindən söz açıb, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasının dövlət və şirkət üçün prioritet olduğunu vurğulayıb.

Tərəflər hazırkı mərhələdə AÇG layihəsi çərçivəsində aparılan hasilat-istismar işlərinin müvəffəqiyyətlə davam etdirildiyini nəzərə çatdırıb, yeni inşa olunmuş ACE özülünün yaxın aylarda dənizə yola salınması məsələsini müzakirə ediblər.

Eyni zamanda qonaqlara SOCAR-da istismar müddəti başa çatan dəniz özüllərinin davamlığını və texniki göstəricilərini artırmaq məqsədi ilə tətbiq olunan yeni texnoloji həllər haqqında məlumat verilib, qeyd edilib ki, SOCAR, yeni strategiyasına uyğun olaraq, şirkətin dənizdəki neft və qaz infrastrukturunda istifadə olunan enerjinin gələcəkdə qaz əvəzinə tədricən külək enerjisi kimi bərpa olunan mənbələr hesabına təminatı imkanlarını araşdırır.

Görüşdə iki şirkət arasında Xəzərin Azərbaycan sektorunda bu istiqamətdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu