azadses.az » İqtisadiyyat » Yeddi şəhərdə küçələrin işıqlandırılması üzrə işlər aparılacaq

Yeddi şəhərdə küçələrin işıqlandırılması üzrə işlər aparılacaq

Bu günə kimi Bakı və Sumqayıt üzrə “Signify” şirkəti tərəfindən bir çox küçə və prospektlər işıqlandırılaraq vətəndaşların istifadəsinə verilib.

Bu barədə Trend-ə Bakı Abadlıq Xidmətindən bildiriblər.

Qeyd olunub ki, hazırda bu işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda Prezident İlham Əliyevin göstərişi ilə regionlar üzrə küçə və prospektlərin işıqlandırılması həyata keçiriləcək:

“İlk dəfə Prezident İlham Əliyev “Signify” - əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatla 2019-cu ildə Davosda görüşüb. Həmin zaman Bakı Şəhər İcra Hakimiyyəti “Signify” şirkəti ilə birgə fəaliyyət haqqında memorandum imzalanıb. Sənəddə Bakının işıqlandırılması nəzərdə tutulsa da, məhz cənab Prezidentin göstərişi ilə buraya Sumqayıt da əlavə edildi. Memorandum imzalandıqdan bir müddət sonra 2020-ci ilin əvvəlindən artıq nəzərdə tutulan layihələrə start verildi. Bakı üzrə 11 rayonun işıqlandırılmamış küçə və prospektləri işıqlandırıldı. Sumqayıtda da bu işlər baş tutdu, burada nəinki şəhərin mərkəzi, həmçinin mikrorayonlar və ətraf kəndlər işıqlandırıldı”.

Qurumdan “Signify” işıqlandırlma sisteminin üstünlükləri barədə də məlumat verilib: “Signify” işıqları mövcud olanlardan ilk öncə onun ilə fərqlənir ki, bu işıqlar LED texnologiyasından istifadə edilir, hər kəsə məlumdur ki, LED işıqlar enerjiyə qənaət edir. Biz müqayisə üçün ənənəvi və “Signify” işıqlarını quraşdırıb bir aylıq sayğaca qoşduq. Yekunda əmin olduq ki, bu LED lampalar ənənəvi işıqlardan 50 faiz qənaətçildir. Bundan əlavə bu işıqların servis xidmətinə elə də tez-tez ehtiyac duyulmur, çünki “Signify” ömrü kifayət qədər çoxdur. İşıqları tez xarab olan məhsul deyil, şirkət də öz məhsullarına 7 il zəmanət verir. Digər üstünlüklərdən biri də ondan ibarətdir ki, bu işıqlar vahid idarəetmə sistemindən tənzimlənir”.

Bakı Abadlıq Xidmətindən əlavə olaraq qeyd olunub ki, bölgələrdə aparılacaq işlər yaxın zamanlarda start veriləcək:

“Hər kəsin bildiyi kimi, Prezindent İlham Əliyev may ayının 24-də “Signify” şirkətin baş icraçı direktoru Erik Rondolat ilə görüşdülər. Görüş zamanı hər iki tərəf görülən işlərdən məmnun olduqlarını bildirdilər. Ölkə rəhbərinin də tapşırıqlarından biri o oldu ki, əlavə olaraq bu işlər reginonlar üzrə də həyata keçirilsin. Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı, Şirvan və Lənkəran şəhərlərində də işıqlandırılmamış küçələrdə işlər aparılacaq. Ötən gün də bu işlərlə bağlı üçtərəfli BŞİH, şirkət və BAX müqavilə imzalandı. Qısa bir müddət ərzində də bu işlərə start veriləcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib