Главная > İdman > "Qarabağ"ın İspaniyaya gedəcəyi vaxt açıqlandı

"Qarabağ"ın İspaniyaya gedəcəyi vaxt açıqlandı


7-12-2020, 09:29. Разместил: azadses
Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
''Azad Səs''-in məlumatına görə, Ağdam təmsilçisi matçdan bir gün əvvəl - dekabrın 9-da saat 10:00-da İspaniyaya yola düşəcək.
Həmin gün komandanın "Estadio de la Keramika" stadionunda açıq məşqi və mətbuat konfransı olacaq.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.Report

Вернуться назад