Главная > İdman > Millətlər Liqası: Bu gün final mərhələsinin püşkü atılacaq

Millətlər Liqası: Bu gün final mərhələsinin püşkü atılacaq


3-12-2020, 08:26. Разместил: azadses
Bu gün UEFA Millətlər Liqasında final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Mərasimdə "dördlər finalı"na vəsiqə qazanmış A Liqasının qrup qalibləri - İtaliya, Belçika, Fransa və İspaniya yığmaları yarımfinaldakı rəqiblərini tanıyacaqlar. Final mərhələsinin oyunlarına İtaliya ev sahibliyi edəcək.
Püşkatma mərasimindən öncə UEFA İcraiyyə Komitəsinin iclası olacaq.
Qeyd edək ki, həlledici mərhələdə yarımfinal görüşləri 2021-ci il 6-7 oktyabrda oynanılacaq. Oktyabrın 10-da isə final və 3-cü yer uğrunda qarşılaşma keçiriləcək.

Вернуться назад