Главная > İdman > Türkiyə klubu ölkəyə qayıtmayan futbolçunun müqaviləsini ləğv etdi

Türkiyə klubu ölkəyə qayıtmayan futbolçunun müqaviləsini ləğv etdi


24-11-2020, 14:22. Разместил: azadses
Türkiyə Super Liqasında çıxış edən "Göztepe" klubu futbolçusu Andre Pokonun müqaviləsini ləğv edb.
''Report'' İzmir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin Qabon yığmasının heyətindən qayıtmaması səbəb olub.
Hazırda ölkəsində olan Poko millinin matçlarından sonra Türkiyəyə dönməyib və bu mövzuda əsaslı səbəb göstərməyib.
"Göztepe" onun mövsümün əvvəlində də komandaya 3 həftə gec qoşulduğunu xatırladıb. Poko müqaviləni kobud şəkildə pozduğu üçün klub onunla yollarını ayırıb.
Qeyd edək ki, Andre Poko 2018-ci ildən "Göztepe"də çıxış edir.

Вернуться назад