Главная > İdman > Neymar yenidən “Barselona”nı məhkəməyə verib
Neymar yenidən “Barselona”nı məhkəməyə verib13-11-2020, 10:13. Разместил: azadses |
Fransanın PSJ klubunun braziliyalı futbolçusu Neymar hələ də sabiq klubu “Barselona”dan kompensasiyasının sona qədər ödənilməsini tələb edir. “Marca” agentliyi xəbər verir ki, hücumçunun vəkilləri məhkəmə qərarından apellyasiya şikayəti verib və “Barselona”nın Neymara ödəməli olduqları əlavə bonusların tam ödənilməsini tələb edirlər. Qeyd edək ki, Neymar 2016-cı ildə “Barsa” ilə müqaviləni uzadarkən 40 milyon avro kompensasiya almalı idi. Ancaq onun hesabına 22 milyon avro köçürülüb. Bunu əsas gətirən klub “Barselona” rəhbərliyi məhkəmədə əks iddia qaldırıb. Kataloniyalılar iddia edir ki, braziliyalının müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulmuşdu.Oxu.az Вернуться назад |