Главная > İdman > Premyer Liqa: "Səbail" liderə qalib gəldi

Premyer Liqa: "Səbail" liderə qalib gəldi


7-11-2020, 17:01. Разместил: azadses
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, "Səbail" çempionatın lideri "Sumqayıt"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Səbail"in heyətində Rauf Əliyev 42, Adil Nağıyev isə 77-ci dəqiqədə fərqlənib. "Gənclik şəhəri" təmsilçisində Rəhim Sadıxov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra bir oyun az keçirən və xallarının sayını 9-da çatdıran "Səbail" 6-cı pilləyə yüksəlib. "Sumqayıt" isə hələ ki, 15 xalla liderdir.
Qeyd edək ki, günün ilk matçında "Keşlə" "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib. IX tura noyabrın 8-də keçiriləcək "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" matçları ilə yekun vurulacaq.

Вернуться назад