Главная > İdman > "Qalatasaray"ın məşqçiləri "Sivasspor" - "Qarabağ" oyununu izləyəcək

"Qalatasaray"ın məşqçiləri "Sivasspor" - "Qarabağ" oyununu izləyəcək


5-11-2020, 08:06. Разместил: azadses

Türkiyə Super Liqasının VIII turunda "Sivasspor"un qonağı olacaq "Qalatasaray" rəqibini yaxından analiz edir.
''Report'' "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubunun məşqçiləri bu məqsədlə Sivas təmsilçisinin bu gün "Qarabağ"la UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda keçirəcəyi oyunu izləyəcəklər.
"Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Qeyd edək ki, "Sivasspor" - "Qalatasaray" matçı npyabrın 8-də olacaq.

Вернуться назад