Главная > İdman > "Qalatasaray"ın stadionunda Azərbaycana dəstək şüarları yerləşdirildi

"Qalatasaray"ın stadionunda Azərbaycana dəstək şüarları yerləşdirildi


19-10-2020, 17:28. Разместил: azadses
Türkiyənin "Qalatasaray" klubu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə Azərbaycana dəstək verib.
''Report''un məlumatına görə, İstanbul klubunun Superliqanın V turu çərçivəsində bu gün "Alanyaspor"la ev oyunu öncəsi matçın keçiriləcəyi "Türk Telekom Arena"ya iki ölkə bayrağının əks olunduğu müxtəlif pankartlar yerləşdirilib.
Pankartlarda çoxlu şüar yer alıb.
Qeyd edək ki, "Qalatasaray" - "Alanyaspor" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Вернуться назад