Главная > İdman > "Fənərbağça" afrikalı hücumçu transfer etdi

"Fənərbağça" afrikalı hücumçu transfer etdi


1-10-2020, 16:54. Разместил: azadses
Türkiyənin "Fənərbağça" komandası növbəti futbolçu transferini gerçəkləşdirib.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 2019/2020 mövsümünün sonunda "Alanyaspor"dan ayrılmış Papiss Sisseni heyətinə qatıb.
35 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, seneqallı forvard daha əvvəl Fransada "Mets", Almaniyada "Frayburq" və İngiltərədə "Nyukasl Yunayted" kimi klubların formasını geyinib. Son 2 mövsümü Türkiyə Super Liqasında keçirmiş afrikalı futbolçu 58 oyuna 38 qol vurub.

Вернуться назад