Главная > İdman > İsveçrədə ildırım futbolçuları vurdu

İsveçrədə ildırım futbolçuları vurdu


23-09-2020, 07:58. Разместил: azadses
İsveçrədə oyun zamanı meydançaya ildırım düşməsi nəticəsində on dörd gənc xəsarət alaraq xəstəxanalara yerləşdirilib.
“Report” RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sankt-Qallen polisi bildirib.
"Hazırda məlum olan informasiyaya görə, ildırım işıq dirəyini vurdu. Elektrik yükü yerə keçdi və meydançaya yayıldı”, - polis bildirib.
Xəstəxanalara hadisə nəticəsində iki komandadan xəsarət almış 14 gənc çatdırılıb. Onların 15-16 yaşları var. Gənclərdən biri xəstəxanaya helikopterlə aparılıb.
Prokurorluq və polis hadisənin başvermə şəraitinin müəyyənləşdirməyə başlayıb.

Вернуться назад