Главная > İdman > "Qarabağ" bu gün Norveç klubu ilə qarşılaşacaq

"Qarabağ" bu gün Norveç klubu ilə qarşılaşacaq


16-09-2020, 07:57. Разместил: azadses
"Qarabağ" komandası bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirəcək.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Norveçin 'Molde" klubu ilə üz-üzə gələcək. Kiprdəki "AEK Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Oyun püşkün nəticəsinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşməli idi. Lakin Norveç təmsilçisi Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını istəyib. UEFA görüşün Larnaka şəhərində olacağını açıqlayıb.
Ağdam komandası oyuna itki ilə çıxacaq. Zədə üzündən yarımmüdafiəçi Xayme Romeronun matçı buraxacağı gözlənilir. Mahir Emrelinin durumuna isə oyun ərəfəsində aydınlıq gələcək. 
Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
"Qarabağ" "Molde" ilə ilk dəfə üz-üzə gələcəyinə baxmayaraq, daha əvvəl Norveçin digər tanınmış klubu "Rusenborq"la qarşılaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 2009-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində səfərdə rəqibi ilə qolsuz heç-heçə edib, Bakıda Rəşad Sadıqovun yeganə qolu ilə qələbə qazanıb - 1:0.
16 sentyabr
Çempionlar Liqası
IlI təsnifat mərhələsi
21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). “AEK Arena”

Вернуться назад