Главная > İdman > "Qalatasaray"ın Bakıya gələcəyi vaxt bəlli oldu

"Qalatasaray"ın Bakıya gələcəyi vaxt bəlli oldu


14-09-2020, 08:40. Разместил: azadses
Türkiyənin "Qalatasaray" klubunun "Neftçi"yə qarşı keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin matçı üçün səfər proqramı bəlli olub.
 
Pravda.az-ın məlumatına görə, İstanbul təmsilçisi sentyabrın 16-da Bakıya gələcək. "Sarı-qırmızılar" həmin oyun üçün iştirak ərizəsini də UEFA-ya göndərib.
 
Baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur.
 
Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.
 
Qapıçılar: Okan Kocuk, Fatih Öztürk
 
Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.
 
Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.
 
Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.
 
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.Report

Вернуться назад