Главная > İdman > Fransa klubu millimizin futbolçusunu istəyir

Fransa klubu millimizin futbolçusunu istəyir


11-09-2020, 14:50. Разместил: azadses
Azərbaycan U-21 millisinin üzvü Mustafa Yıldırım karyerasını Fransada davam etdirə bilər.  “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Lill” 18 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Liqa1 təmsilçisinin idman direktoru Luis Kampos oyunçu ilə maraqlandıqlarını təsdiqləyib. O, Türkiyədə daha 4 futbolçunu izlədiklərini bildirib.
Qeyd edək ki, Mustafa Yıldırım  U-21 millimizin AVRO-2021-in seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçirilən Azərbaycan - Fransa matçının ikinci hissəsində iştirak edib.

Вернуться назад