Главная > İdman > Millimizin rəqibində itki: Futbolçu heyətdən çıxarıldı

Millimizin rəqibində itki: Futbolçu heyətdən çıxarıldı


5-09-2020, 16:35. Разместил: azadses
UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Kipr seçməsi Monteneqro ilə oyun öncəsi itki ilə üzləşib.
"Report" yerli federasiyanın saytına istinadən xəbər verir ki, komandanın müdafiəçisi Nikolas İoannu bugünkü qarşılaşmanı buraxacaq.
25 yaşlı futbolçu baş məşqçi Yohan Valemə şəxsi səbəblərdən özünü oynamağa hazır hiss etmədiyini söyləyib. Nəticədə oyunçunun adı heyətdən çıxarılıb.
Qeyd edək ki, bu gün Monteneqro ilə üz-üzə gələcək Kipr seçməsi sentyabrın 8-də Azərbaycanı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Вернуться назад