Главная > İdman > Beynəlxalq Taekvondo Federasiyası Azərbaycan yığmasının çalışdırıcısını ilin məşqçisi elan edib

Beynəlxalq Taekvondo Federasiyası Azərbaycan yığmasının çalışdırıcısını ilin məşqçisi elan edib


8-12-2019, 16:01. Разместил: azadses
Beynəlxalq Taekvondo Federasiyası 2019-ci ilin ən yaxşılarının adını açıqlayıb. 
Azadsəs-in məlumatına görə, Moskvada keçirilən Qran-prinin final mərhələsindən sonra Qala konsertdə açıqlanan siyahıda Azərbaycan yığmasının baş məşqçisi Reza Mehmandost da yer alıb. 
Kişilərdən ibarət millimizin iranlı çalışdırıcısı ilin ən yaxşı məşqçisi nominasiyasında qalib elan edilib. Bununla da R. Mehmandost ikinci dəfə eyni uğura yiyələnib. 
Qeyd edək ki, baş məşqçi 2016-cı ildə də fərqlənib. 



Вернуться назад