Главная > İdman > KİV: Lionel Messi "Mançester Siti" ilə anlaşdı

KİV: Lionel Messi "Mançester Siti" ilə anlaşdı


2-09-2020, 09:31. Разместил: azadses
İspaniya "Barselona"sından ayrılmaq istəyən Lionel Messi İngiltərənin "Mançester Siti" klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.
"Azad Səs" "Daily Record" nəşrinə istinadən xəbər verir ki, tərəflər 5 illik müqavilə və ümumilikdə 700 milyon avro məvacib qarşılığında anlaşıblar. 
İddiaya görə, argentinalı futbolçuya qismən ödəniş kimi klubu idarə edən "City Football Group" şirkətində müəyyən hissə təklif olunub..
Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Вернуться назад