Главная > İdman / Manset > Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəlib - FOTOSESSİYA

Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəlib - FOTOSESSİYA


7-12-2019, 22:08. Разместил: azadses
Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov ikinci döyüşümü keçirib.
Apasport.az saytının məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşündə Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gəlib.
Superağır çəkidəki döyüş Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində keçirilib. İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçumuz bu dəfə də erkən qələbə qazanıb. 33 yaşlı M.Məcidov 8 raundluq döyüşü ikinci hissədə yekunlaşdırıb. 32 yaşlı böyük britaniyalı texniki nokauta düşdüyündən döyüş davam etdirilməyib.















Вернуться назад