Главная > İdman > "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı azalıb
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı azalıbBu gün, 08:54. Разместил: azadses |
"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. "Report" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan Qurban Qurbanovun komandası üçüncü qrupda qərarlaşıb. Azərbaycan çempionunun mümkün rəqibləri I təsnifat mərhələsində üz-üzə gələcək "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) və "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütlərinin qaliblərindən biri olacaq. Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 22 və 29-da keçiriləcək. Вернуться назад |